Written by

Şirkətlərdə resursların düzgün idarə edilməsi – ERP proqramları

Düşüncələrim| Views: 2998

Resurs dediyimiz zaman ağlımıza ilk gələn vəsait olursa, deməli, işin əvvəlindən səhv yoldayıq. Öz dilimizdə

desək, insanın əlinin altındakı istənilən vasitə, həmçinin bizdən asılı olmayan zaman amili də resursdur. Əlimizin

altındakı bu vasitələri düzgün idarə etdiyimiz və məqsədimizə çatdığımız zaman müvəffəqiyyətə nail olmuş sayılırıq.

Şirkətlərdə ERP proqramları haqqında eşidənləriniz mütləq olub. Nədir bu ERP(Enterprice Resource Planning)? Bu söz ingiliscə tərcümədən müəssisənin resurslarının planlaması mənasına gəlir.

Hər zaman qarşılaşdığım ilk sual “buna ehtiyac varmı?” olub. Bəli, mütləq şəkildə var.

Bunu çox sadə bir dil ilə izah etmək istərdim.

Hər ailənin gəliri və xərcləri mütləq olur. Daimi və planladığımız xərclərimizi nəzərə alaraq bir büdcə

hazırlasaq, 1 illik büdcəmiz müəyyənləşəcək. Bundan sonra o büdcənin aşılmaması üçün xərclərimizə

nəzarət etmək məcburiyyətində qalırıq. Bəs büdcəmizi vaxtından əvvəl bitirsək necə? Deməli, vaxt amilini

də nəzərə almalıyıq. Bəs xərclərimizin keyfiyyət amilləri?

Məsələn, nəzərdə tutulmuş bir məhsulu aldıqdan

sonra onun keyfiyyətinin aşağı olması bizə o məhsulu təkrar aldırmağa məcbur edir. Deməli, keyfiyyətə də

nəzarət etmək lazımdır. Ailəni təşkil edən fərdlərin hər birinin fərqli zamanlarda fərqli ölçüdə və fərqli

məzmunda vəsait xərcləməsini nəzərə alsaq, qarışıq bir vəziyyət ortaya çıxır. Sabit gəliri olan və

xərcləməsini özü tənzimləyən ailənin bir sistemə mütləq ehtiyacı vardır. Ailələr də kiçik müəssisələrdir və

bu müəssisələrdə hər bir işi bəzən fərqində olmasaq da kiçik yazı-pozu işləri ilə planlayırıq. Bu səfərə

çıxarkən yanımızda götürəcəyimiz vəsaitdən tutmuş əşyalarımıza qədər hər bir fəaliyyəti özündə əks etdirir.

Şirkətlərdə bu planlama şərtdir. Yuxarıda sadalandığı kimi şirkətlərdə insan resurslarından vaxt resursuna, mal-

material resurslarından maddi resurslara kimi planlanmalıdır. Hətta deyərdim ki, hər bir şirkət mütləq bunu etməlidir.

Mən bu məqamda daha çox tanış olduğum inşaat şirkətlərinin iş prinsipinə toxunmaq istərdim ki,

onların əməyi və səyi nəticəsində ortaya çıxmış məhsulu başqa insanlar istifadə edir. Bu da o deməkdir ki,

risklərin doğru idarədilməsi lazımdır. Əks təqdirdə istifadəçilər və ya sifarişçilərlə münaqişəli vəziyyətlər yaranar.

Resurslarımızın düzgün planlanması bizə büdcəmizi düzgün idarəetmə şansı verir. Burada ən vacib faktorlardan biri qeyd etdiyimiz kimi büdcə faktorudur. Bunun haqqında növbəti mövzumuzda eninə-boyuna yazmağı planlaşdırırıq.

Resursların planlamasının günümüzdə daha yüksək səviyyədə və rahat aparılması üçün dünya səviyyəsində bir çox məşhur proqramlar mövcuddur. Bunlardan ən tanınmışları ORACLE, SAP, SUNSYSTEMS, INFOR kimilərini sadalamaq mümkündür. Əsasən də istehsalat, inşaat şirkətləri üçün məhsullar çox dəyərlidir və nəticə

etibarilə layihənin keyfiyyəti, məzmunu və büdcəsi kimi əsas amillərinin uğurla başa çatdırılmasına xidmət edir.

Comments are closed.